Super Kuboka bilet satışı başlayır

Avqustun 11-i Tiflisin "Dinamo" stadionunda İspaniyanın "Barselona" və "Sevilya" klubları arasında keçiriləcək Avropa Super kuboku final matçının biletləri gələn həftədən satışa çıxacaq. 

Newsport.az-ın məlumatına görə, bu barədə Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Satışın dəqiq tarixi müəyyənləşməsə də bəzi detallara aydınlıq gəlib. Belə ki, əcnəbi azarkeşlər üçün 6 min bilet nəzərdə tutulub. Ümumiyyətlə, biletlərin hansı kassada və ya onlayn şəkildə satılıb-satılmayacağına da aydınlıq gələcək. Biletlərin qiymətlərə gəldikdə isə, heç bir dəyişiklik olmayacaq və yerlərdən asılı olaraq 7, 14, 30 avro arasında dəyişəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right