PSJ-nin qapıçısı Serxio Riko Parisi tərk etməyə hazırlaşır.
Newsport.az-ın məlumatına görə, qolkiper oyun praktikasının olmamasından narazı olduğuna görə ispaniyalı qapıçı "Malyorka" ilə müqavilə imzalamaq istəyir.
"Aston Villa"nın da Riko üçün PSJ-yə müraciət etdiyi də bildirilir. PSJ Rikonu mövsüm sonuna qədər icarəyə verə bilər.
28 yaşlı qapıçı "Sevilya" yetirməsidi. O, PSJ-dən əvəl "Fulhem"də icarə əsasında çıxış edib.