Polşa klubunun kapitanı: "Sumqayıt"la oyuna biz nəzarət edirdik"

"Yagelloniya"nın kapitanı Taras Romançuk "Sumqayıt"la (0:0) yoxlama görüşündən sonra matç haqda danışıb. 

Newsport.az-ın məlumatına görə, Polşa təmsilçisinin kapitanı bunları deyib: "Ola bilsin ki, hücumlardakı ləngiməyimiz yorğunluqla bağlı idi.

“Sumqayıt”la oyuna biz nəzarət edirdik, amma qol vura bilmədik. Bizə müəyyən tapşırıqlar verilmişdi və onların öhdəsindən gəldik. Əsas vəzifəmiz topu meydanın rəqibə aid hissəsində saxlamaq idi.

Biz son günlərdə çox çətinlik çəkirik. Gündə iki dəfə məşq bizi çox yorub. Növbəti oyunda daha yaxşı olmalıdır və qalib də gələ bilərik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right