"Real"ın futbolçusu Kərim Benzema İspaniya Superkubokunun yarımfinalında "Barselona"ya qalib gəldikləri matç (3:2) barədə danışıb.
Newsport.az AS-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu deyib ki, Kataloniya klubu güclü olsa da, Madrid təmsilçisinin qələbəyə layiq idi:
"Biz sona qədər oynadıq. Çox çətin idi. "Barselona” çox güclüdür. Bu matç yaxşıdır, Qələbəyə layiq idik. Onlara topu versən, qaytarmırlar. Amma biz ilk dəqiqələrdən mübarizə apardıq. "Real" dünyanın ən yaxşısıdır. Biz qalib gəlməliyik və bu səviyyədə oynamağa davam etməliyik".