“Real” üzərində qazanacağımız qələbə bizə daha çox inam verəcək” – Pike

“Barselona”nın futbolçusu Jerar Pike İspaniya superkubokunda “Real”a qarşı keçirəcəkləri yarımfinal matçından əvvəl fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, “sport.es” saytına danışan ispan müdafiəçi, matçla bağlı bunları deyib:

“Hazırda yaxşı gedirik. Komanda böyüməyə davam edir. Düşünürəm ki, “Real”a qarşı yaxşı oyun göstərib, finala yüksələcəyik.

Hər qələbə bizi daha güclü edir. “Real” üzərində qazanacağımız qələbə bizə daha çox inam verəcək və növbəti matçlar üçün stimul olacaq.

Bir neçə ildir ki, superkuboku qazana bilmirik. Çempion olmaq üçün sona qədər mübarizə aparacağıq”.

Yanvarın 12-də, Səudiyyə Ərəbistanında keçiriləcək “Barselona” – “Real” matçı saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right