"Barselona"nın futbolçuları Pedri və Ferran Torres koronavirusdan sağalıblar.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onların son koronavirus testləri mənfi çıxıb. Hər iki futbolçu komandaya qoşula və İspaniya Superkubokunun 1/2 final mərhələsinin “Real"la oyununda iştirak edə bilər. Kataloniya klubu artıq Pedri və Torresin sağalması ilə bağlı aidiyyatı qurumları məlumatlandırıb.
Xatırladaq ki, futbolçular yanvarın əvvəlində COVID-19-a yoluxub və o vaxtdan bəri karantində idilər.