Dani Alveşdən unikal göstərici

“Barselona” İspaniya La Liqasının 20-ci turunda “Qranada”nın qonağı olub.

Newsport.az xəbər verir ki, 1:1 hesabıyla bitən görüşdə iştirak edən “Barselona”lı futbolçu Dani Alveş unikal göstəriciyə imza atıb.

Belə ki, Alveş “Barselona” ilə La Liqa matçına çıxan ən yaşlı futbolçu olub. Braziliyalı müdafiəçi bu göstəriciyə 38 yaş 247 günlüyündə nail olub.

Bundan əvvəlki rekord keçmiş qapıçı Xose Pintoya aid idi. Pinto Kataloniya təmsilçisi ilə 38 yaş 190 günlüyündə La Liqada matça çıxmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right