İspaniya La Liqasında 20-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Turun açılış matçında “Levante” doğma meydanda “Malyorka”nı qəbul edib və inamlı qələbəyə sevinib. “Real Sosyedad” “Selta” ilə üz-üzə gəlib və minimal hesabla qalib gəlib. “Barselona” isə səfərdə “Qranada”nın qonağı olub. Kataloniya təmsilçisi turu heç-heçə ilə başa vurub.
Turun mərkəzi görüşü Madriddə keçirilib. “Real” burada “Valensiya” ilə qarşılaşıb və darmadağınla qalib gəlib.
Madrid “Atletiko"su bu turdakı rəqibi isə “Vilyarreal” olacaq.
Qeyd edək ki, hazırda "Real" çempionatda 49 xalla liderdir. "Sevilya" 41 xalla 2-ci, "Real Betis" isə 33 xalla 3-cüdür.
İspaniya La Liqası, 20-ci tur
8 yanvar
"Levante" – "Malyorka" - 2:0
Qollar: Soldado, 47. Morales, 90+7.
"Real Sosyedad" – "Selta" - 1:0
Qol: Oyarzabal, 13.
"Qranada" – "Barselona" - 1:1
Qollar: Puertas, 89 – De Yonq, 57.
"Real" – "Valensiya" - 4:1
Qollar: Benzema, 43; 88. Vinisius, 52; 61 – Qedeş, 76.