"Barselona" ciddi itki ilə üzləşib.
Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kataloniya təmsilçisinin mərkəz müdafiəçisi Ronald Arauxo sıradan çıxıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.
Qeyd edək ki, Arauxo İspaniya Kubokunun "Linares"ə qarşı keçirilən matçında (2:1) əlindən zədələnib. 22 yaşlı müdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.