"Barselona" Koutinyonu icarəyə verib

İspaniyanın "Barselona" klubu futbolçusu Filippe Koutinyonu icarəyə verib.

Newsport.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək İngiltərə "Aston Villa"sında çıxış edəcək.

Premyer Liqa təmsilçisi mövsümün sonunda braziliyalı oyunçunu satın almaq hüququna malikdir.

Xatırladaq ki, Filippe Koutinyo 2018-ci ildən "Barselona"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right