"Real"ın daha bir oyunçusundan Ançelottiyə etiraz

"Real"ın futbolçusu Dani Sebalyos oyun zamanı baş məşqçisi Karlo Ançelottiyə etiraz edib.

Newsport.az xəbər verir ki, hadisə İspaniya kubokunun 1/16 final mərhələsinin "Alkoyano"ya qarşı matçında (3:1) baş verib. Görüşün 86-cı dəqiqəsində Sebalyos Rodriqonu əvəzləyərək meydana daxil olub. Lakin bundan bir qədər əvvəl Ançelotti meydanın kənarında duran oyunçuya bir qədər gözləməyi tapşırıb. Bu isə Sebalyosun etirazına səbəb olub. O, əl hərəkətləri edərək ehtiyat oyunçular skamyasına gedib və Eden Hazardın yanında oturub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right