Millimizin matçları azarkeşsiz keçirilə bilər

Niderlandda keçirilməsi planlaşdırılan futzal üzrə Avropa çempionatının oyunlarında azarkeşlər iştirak etməyə bilər.

Newsport.az-ın məlumatına görə, azarkeşlərin yarış zamanı tribunalara buraxılmama ehtimalı böyükdür.  Buna səbəb Niderlandda koronavirusun omikron ştamının yayılma riskinin yüksək olması və karantin rejiminin tətbiqidir. Avropa çempionatının təxirə salınması da istisna olunmur. Yarışla bağlı yekun qərar yanvarın 10-dək açıqlanacaq.

Qeyd edək ki, Avropa çempionatına Azərbaycan millisi də qatılacaq. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right