"2021-ci ildə yaşadıqlarıma görə yalnız təşəkkür edə bilərəm" Messi

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi yeni ilə həsr olunmuş paylaşım edib.

Newsport.az-ın məlumatına görə, o, özünün "İnstaqram" səhifəsində yazıb: “2021-ci ildə yaşadığım hər şeyə görə sizə yalnız təşəkkür edə bilərəm. Xüsusilə  heç bir şəkildə bitməyən bu dəhşətli virus səbəbindən bir çox insanın xəstə olduğu dönəmdir. Ümid edirəm ki, 2022-ci il çoxlu sağlamlıq gətirəcək. Bunu hamınıza arzulayıram. Hər kəsi qucaqlayıram”.

Qeyd edək ki, Messi 2021-ci ilin noyabrında karyerasında 7-də dəfə “Qızıl top”u qazanıb. O, 2021-ci ilin avqustunda  "Barselona"dan PSJ-yə keçib. 34 yaşlı oyunçu Argentina millisinin ilə  Amerika Kuboku - 2021-in qalibi olub.

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right