4 İngiltərə klubu Koutinyonu istəyir

"Barselona"dan ayrılacağı gözlənilən Filipe Koutinyo üçün İngiltərə klubları mübarizə aparır.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçiləri "Arsenal", "Everton", "Nyukasl" və "Tottenhem" braziliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. 2022-ci ildə baş tuatacaq dünya çempionatında milli komandanın heyətində yer almaq istəyən 29 yaşlı futbolçu forma şansı qazana biləcəyi kluba getmək niyyətindədi.

Qeyd edək ki, "Barselona" Koutinyonu 2018-ci ilin yanvarında "Liverpul"dan 140 milyon avro qarşılığında transfer edib. Təcrübəli oyunçu cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 16 oyunda 2 qol vurub.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right