“Mançester Yunayted”in futbolçusu Antoni Marsial komandanı tərk etməyə hazırlaşır.
Newsport.az məlumatına görə, fransız futbolçunun agenti “Barselona” ilə danışıqlara başlayıb. Kataloniya təmsilçisi isə Marsialı icarəyə götürmək niyyətindədi.
“Barselona” Marsialdan əvvəl “Çelsi”nin futbolçusu Hakim Ziyeşi heyətinə qatmaq istəyir. Əgər mərakeşlinin keçidi baş tutmasa, “Barsa” Fransa millisinin üzvünü komandaya gətirəcək.