"Nyukasl" "Real"ın futbolçusunu istəyir

"Nyukasl" "Real"ın futbolçusu İsko ilə maraqlanır.

Newsport.az "AS"a istinadən xəbər verir ki,  İngiltərə klubu ispan yarımmüdafiəçini yanvarda heyətinə qatmaq istəyir. "Nyukasl" bu qış heyətini ən yaxşı oyunçularla gücləndirməyi planlaşdırır. İsko sözügedən transfer siyahısında birinci yerdədir.

29 yaşlı futbolçu Madrid təmsilçisində bonuslar nəzərə alınmasa, 6 milyon avro qazanır Belə maaşın "Nyukasl" üçün problem olmadığı vurğulanıb.

Qeyd edək ki, İskonun "Real"la müqaviləsi 2022-ci ilin yayı başa çatır. O, bu mövsüm La Liqada 7 oyunda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right