Ronaldo haqda yeni iddia "Barselona"...

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo haqda yeni iddia yayılıb.

Newsport.az xəbər verir ki, "Mundo Deportivo" nəşri portuqaliyalı oyunçunun hücumçu axtaran "Barselona"ya özünü təklif etdiyini yazıb. Bildirilib ki, 36 yaşlı futbolçu Kataloniya təmsilçisindəki dostu Pike ilə danışıb. Bunun sayəsində o, baş məşqçi Xavi ilə əlaqə saxlayıb və "Barselona"da oynamağa müsbət baxdığını deyib.

Klubun prezidenti Joan Laportanın bu transferə razı olduğu vurğulanıb. 

Xəbərdə  Ronaldonun "Barselona"ya transferinin gerçəkləşəcəyi təqdirdə, onun Lionel Messinin evində kirayədə yaşayacağı iddia olunub. Pike bununla bağlı Messi ilə danışıb və müsbət cavab alıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right