Ronaldo FİFA-ya 7,7 milyon avro ödəyəcək

Braziliya təmsilçisi “Kruzeyro”nun yeni sahibi Ronaldo Nazario klubun FİFA-ya olan borcunu ödəyəcək.

Newsport.az xəbər verir ki, bu barədə klubun prezidenti Serjio Rodriqes İspaniya mətbuatına açıqlamasında deyib. O, Ronaldonun “Kruzeyro”nun FİFA-ya olan 7,7 milyon avro borcunu bağlayacağını bildirib.

Braziliyalı keçmiş hücumçu bir müddət əvvəl klubun səhmlərinin 90 faizini alıb.

“Kruzeyro”nun ümumi borcu isə 115 milyon dollardır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right