“Neftçi” yaxşı təsir bağışladı"-"Şaxtyor"un futbolçusu

Donetsk “Şaxtyor”unun futbolçusu Aleks Teyşera “Neftçi” ilə yoldaşlıq görüşü (1:0) haqda fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan braziliyalı yarımmüdafiəçi “Neftçi”nin yaxşı oyun sərgilədiyini qeyd edib: 

“Yeni mövsümdə ilk matçımız çox yaxşı alındı. Buna görə komandamı təbrik. Rəqibimizə gəldikdə isə onlara layiq olan qiyməti verməliyik. “Neftçi”  yaxşı təsir bağışladı, aqressiv oynadılar”. 

Meydana kapitan sarğısı ilə çıxan 25 yaşlı futbolçu daha sonra görüş haqda bunları deyib: “Baş məşqçimiz xeyli sayda yeni oyunçuya şans verdi. Onlardan Karavayev, Malışev və Qrinin çıxışını daha çox bəyəndim.  Artıq oyunumuzda dəyişikliklər etməliyik. Çünki “Şaxtyor”un oyun üslubunu hamı bilir. Bugünkü maçda isə fərqli “Şaxtyor” gördünüz. Müxtəlif kombinasiyalardan istifadə etdik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right