Futbol üzrə İspaniya La Liqasında 18-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Selta” doğma meydanda “Espanyol”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər.
Şənbə günü dörd qarşılaşma baş tutub. “Rayo Valyekano” “Alaves”i məğlub yola salıbsa, “Real Sosyedad” doğma meydanda “Vilyarreal”a məğlub olub.
“Barselona” bu turda “Elçe”ni qəbul edib. Beş qolun qeydə alındığı matç Kataloniya təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Turun mərkəzi görüşündə “Atletiko” səfərdə “Sevilya” ilə üz-üzə gəlib. Üç qolluq bu qarşılaşma da meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
İspaniya La Liqası, 18-ci tur
17 dekabr
Selta – Espanyol 3:1
Qol: Mina, 3. Aspas, 47. D.Suares, 82 – Moron, 90+2.
18 dekabr
Rayo Valyekano – Alaves 2:0
Qol: Qvardiola, 19. Katena, 26.
Real Sosyedad – Vilyarreal 1:3
Qol: İsak, 32 – Moreno, 38; 68. Çukvueze, 90+6.
Barselona – Elçe 3:2
Qol: Yutqla, 16. Qavi, 19. Niko, 85 – Morente, 62. Milya, 63.
Sevilya – Atletiko 2:1
Qol: Rakitiç, 7. Okampos, 89 – Felipe, 33.
19 dekabr
17:00 Qranada – Malyorka
19:15 Atletik – Betis
21:30 Xetafe – Osasuna
00:00 Real – Kadis
20 dekabr
00:00 Levante – Valensiya
Bombardir: Kərim Benzema (“Real”) – 13 qol.