Xavi: “Bu futbolçular “Barselona”nın gələcəyidir”

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 18-ci turunda “Elçe”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, ispan mütəxəssis, 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Qızıl üç xal qazandıq. Bu gün daha yaxşı oynadığımızı düşünürəm.

6 il idi ki, La Liqada deyildim. Komandaların oyun tərzləri dəyişib. “Elçe”yə qarşı çox yaxşı oynadıq. Futbolçular yaxşı çıxış etdilər və boşluqlar yaratdılar.

Qavi çox təsirli oyunçudur. 17 yaşı var və çox yaradıcıdır. Onun oyunu həqiqi şoudur. Qavini izləmək bir zövqdür. Fantastik oyunçudur. Onunla yanaşı, Niko Qonsales, Erik Qarsiya, Abessamad Ezzalzuli, Ronaldo Arauxo da yaxşı oynayır. Bu futbolçular “Barselona”nın gələcəyidir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right