"Barselona"nın baş məşqçisi Xavi komandanın aparıcı futbolçusu Usman Dembelenin Kataloniyanı tərk etməyəcəyini bildirib.
Newsport.az-ın məlumatına görə, AS nəşrinə danışan gənc mütəxəssis fransalı haqda bunları deyib: "Dünən Dembele ilə söhbət etdim.
O, komandada qalmaq niyyətindədi. Dembele gələcək planlarımıza daxildi. Bu haqda çox məlumat verə bilmərəm".