PSJ-nin müdafiəçisi Serxio Ramos Fransa kubokunun 1/32 finalında "Fenyi Olnua"ya qarşı matçda iştirak edə bilər.
Newsport.az-ın məlumatına görə, ispaniya futbolçu komanda ilə ümumi məşqlərə qayıdıb və fəal çalışıb.
"Fenyi Olnua" - PSJ oyunu sabah keçiriləcək.
Xatırladaq ki, Ramos PSJ-yə 2021-ci ilin iyulunda azad agent kimi qoşulub. Lakin zədə səbəbindən müdafiəçi debütünü yalnız noyabrın 28-də Fransa çempionatının 15-ci turunun “Sent-Etyen”lə oyununda (3:1) edib. Bundan sonra Ramos meydana çıxmayıb. PSJ müdafiəçinin əzələlərində yorğunluq hiss etdiyini açıqlayıb.