“Həkimlər dedilər ki, oynamağı dayandır" Aquero

“Həkimlər mənə dedilər ki, oynamağı dayandır. Bu qərarı 10 gün əvvəl vermişəm. Bəzi ümidləri saxlamaq üçün əlimdən gələni etdim, amma o qədər də çox deyildi".

Newsport.az xəbər verir ki, bu sözləri bir neçə saat öncə karyerasını bitirdiyini açıqlayan Serxio Auqero deyib. Son olaraq "Barselona"da çıxış edən 33 yaşlı hücumçu səhhətində yaranan problemlərə görə belə qərar verdiyini bildirib:

"Mən karyeramla çox fəxr edirəm və xoşbəxtəm. 5 yaşımdan topa toxunan kimi futbol oynamaq arzusunda idim. Mən həmişə Argentinanın yüksək divizionunda çıxış etmək istəmişəm. Avropada oynaya biləcəyimi ağlıma belə gətirmirdim. Məşq etdiyim “İndependent”ə, 18 yaşında mənə güvənən "Atletiko"ya təşəkkür edirəm.  "Mançester Siti" sayəsində isə çox şeyə nail oldum. mənim onlara münasibətimi bilirlər. "Barselona" və Joan Laporte təşəkkür edirəm . Dünyanın ən yaxşı klublarından birinə gəldiyimi bilirdim və burada mənimlə çox yaxşı rəftar etdilər. Ən çox sevdiyim Argentina milli komandasına təşəkkür edirəm"

Xatırladaq ki, argentinalı forvard oktyabrın 30-da “Alaves”lə matçda ürəyindəki problemə görə əvəzlənib və həmin vaxtdan sonra yaşıl meydanlara qayıtmayıb. O, bu ilin yayında “Mançester Siti”dən “Barselona”ya keçmişdi.

2006-cı ildən Argentina millisində çıxış edən Aquero 101 oyuna 42 qol vurub. O, "Barselona" və "Mançester Siti"dən başqa, ölkəsində "İndependente", İspaniyada "Atletiko" klubunda da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right