“Barselona” futbolçusu Serxio Aquero üçün mətbuat konfransı keçirəcək.
Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Konfrans sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tədbirdə “Barselona”nın prezidenti Joan Laporta da çıxış edəcək.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, konfransda Aqueronun karyerasını başa vurduğunu açıqlayacağı gözlənilir. 33 yaşlı hücumçu oktyabrın 30-da “Alaves”lə matçda ürəyindəki problemə görə əvəzlənib və həmin vaxtdan sonra hələ də yaşıl meydanlara qayıtmayıb.
Qeyd edək ki, Aquero bu ilin yayında “Mançester Siti”dən “Barselona”ya keçib.