Ayaz Quliyev ÇSKA-ya qarşı oynadı

Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) səfərdə ÇSKA ilə qarşılaşıb. Matç Moskva təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 19 xal toplayan "Arsenal" 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right