“Real” 225 milyon avro kredit götürdü

“Real” ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunun yenidənqurma işlərini genişləndirmək üçün 225 milyon avro kredit götürüb. 

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Madrid təmsilçisi stadionda ilkin layihədə nəzərdə tutulmayan böyük yeraltı istixana tikmək niyyətindədir. Bildirilir ki, bu istixana  sayəsində arenanın ot örtüyü optimal və mükəmməl formada qalacaq. Beləliklə, qazona təsir etmədən həyata keçirilə bilən fəaliyyətlərin sayı maksimuma çatacaqdır.

“Real” götürdüyü 225 milyon krediti 27 il ərzində 1,53 sabit faizlə geri qaytaracaq. Qeyd olunub ki, bu, uzunmüddətli maliyyələşdirmə üçün ən yaxşı kredit şərtləridir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right