Xavi: "Məğlub olmağı sevmirəm"

“Barselona”nın baş məşqçisi Xavi İspaniya Primerosunun 16-cı turunda komandasının “Betis”ə (0:1) məğlubiyyətini şərh edib. 

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin çalışdırıcısı evdəki məğlubiyyətə layiq olmadıqlarını deyib:

“Hamımız uğurlu nəticə qazanacağımıza çox ümid edirdik. Ona görə də məğlubiyyət ağır oldu. Məğlubiyyətə layiq deyildik, amma belə oldu. Əsl “Barselona” olmaq üçün 2-ci hissədə qollar buraxmağa yekun vurmalıyıq.

​Bu, məni narahat edir. Məğlub olmağı sevmirəm. Buna layiq deyildik. Qələbəyə layiq olmadığınız anda da bunu qazana bilirsiniz. Bu dəfə əksinə oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right