Rüfət Dadaşov üçün "Şalke"nin əsas komandasında debüt şansı

Milli komandamızın keçmiş hücumçusu Rüfət Dadaşov "Şalke"nin əsas komandasında debüt edə bilər.

Newsport.az-ın məlumatına görə, buna səbəb Gelsenkirxen təmsilçisinin bir sıra aparıcı futbolçusunun sıradan çıxmasıdır. 2-ci Bundesliqanın 16-cı turunda "Sankt-Pauli" ilə oyun öncəsi U-23-dən Renat Dadaşov və gənclər komandasından Keke Topp əsas komandaya cəlb edilib. Bu barədə baş məşqçinin köməkçisi Sven Piepenbrok məlumat verib.

Qeyd edək ki, bu gün keçiriləcək "Sankt-Pauli" - "Şalke" görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right