“Barselona” qış transfer pəncərəsində bir neçə futbolçusu ilə yollarını ayıracaq.
Newsport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Həm transferə pul ayırmaq, həm də maaş limitini azaltmaq istəyən rəhbərlik yüksək məvacib qazanan bəzi oyunçuları komandadan göndərmək istəyir. Klub Sergio Dest, Klemen Lanqle, Ronald Arauxo, Frenki de Yonq, Mark-Andre ter Ştegen kimi oyunçularla yolları ayıracaq.
Qeyd edək ki, La Liqada 14 oyunda 23 xal toplayan “Barselona” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.