İspaniyanın "Atletiko" Madrid klubunun baş sponsoru dəyişib.
Newsport.az-ın məlumatına görə, komandanın növbəti iki mövsüm üçün forma sponsoru "Plus500" şirkəti olacaq.
Qeyd edək ki, "Atletiko" 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-nə qədər oyunlara üzərində "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan), qısa bir dövrdə isə “Baku-2015” yazılı formalarla çıxıb