PSJ-nin prezidentindən Zidan açıqlaması

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelaifi komandanın baş məşqçi postuna Zinədin Zidanı gətirəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, o, Fransa mətbuatına açıqlamasında bunu təkzib və indiki baş məşqçi Maurisio Poçettinoya dəstək olub:

“Zidanla heç bir görüşümüz olmayıb. Onunla ötən həftə Parisdəki otellərdən birində görüşdüyümüzə dair xəbərlər həqiqəti əks etdirmir. Poçettino PSJ-də olduğu üçün xoşbəxtəm. O, çox yaxşı çalışır”.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” klubunun Ule Qunnar Sulşerin istefasından sonra baş məşqçi postuna məhz Poçettinonu gətirməyə çalışdığı iddia olunurdu. Lakin PSJ rəhbərliyi baş məşqçini mövsümün gedişində buraxmağa razı olmayıb. Bu üzdən də “qırmızı şeytanlar” mövsümün sonuna kimi Ralf Ranqniki müvəqqəti baş məşqçi təyin etməyə qərar verib. İngiltərə klubunun mövsüm bitəndən sonra Poçettinonu razı salmağa çalışacağı bildirilir.

Madrid “Real”ındakı ikinci dönəmində uğurlu ola bilməyən Zidan bu ilin mayından bəri işsizdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right