Emeri ilə Xavi arasında münaqişə

“Barselona”nın baş məşqçisi Xavi Ernandeslə “Vilyarreal”ın çalışdırıcısı Unay Emeri arasında insident yaşanıb.

Newsport.az Sport.es-ə istinadən xəbər verir ki, hadisə La Liqanın 13-cü turunda komandalar arasında keçirilən matçdan sonra baş verib.

Oyundan sonra Unay Emeri hakim idarəçiliyi haqda kəskin şəkildə narazılığını bildirib. O, tribunaların altındakı otaqda əsəbi halda Xavi ilə də mübahisə edib. Münaqişənin genişlənməsinə polis imkan verməyib. Daha sonra Emeri həmkarına tərəf yaxınlaşıb və onlar əl sıxıblar.

Qeyd edək ki, görüş "Barselona"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right