"Çelsi"nin iki futbolçusu "Barselona"ya keçə bilər

İngiltərənin "Çelsi" klubunun futbolçuları Hakim Ziyeş və Timo Verner karyeralarını İspaniyada davam etdirə bilər.

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, "Barselona" hər iki oyunçunun xidmətində maraqlıdır.

Kataloniya təmsilçisində transfer üçün prioritet variant "Mançester Siti"dən Rəhim Sterlinq olub. Lakin Sterlinqin qiymətinin baha olması və "şəhərlilər"in oyunçunu buraxmaq istəməməsi bun keçidin gerçəkləşməsinə əngəl olub.

"Barselona" artıq hər iki oyunçu üçün "Çelsi"yə sorğu göndərib. Klub onları daha sonra transfer etmək variantı ilə icarəyə götürə bilər. Kataloniyalılar bu keçidləri qışda reallaşdırmağı planlaşdırır.

Qeyd edək ki, hər iki oyunçunun "Çelsi" ilə müqaviləsi 2025-ci ilin yayında başa çatmalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right