"Bizim səviyyəmizdə olan komanda daha çox uduzmamalıdı"

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold Premyer Liqanın 12-ci turu çərçivəsində komandasının “Arsenal” üzərində 4:0 hesablı qələbəsi haqda danışıb.

Newsport.az-ın məlumatına görə, müdafiəçi komandasının qələbəsini bu cür şərh edib: “Bizim səviyyəmizdə olan komanda daha çox uduzmamalıdı.

​Hazırki çempionatda istənilən itki böyük itkidi. Bacardığımız qədər bərpa olunduq, çox yaxşı oyun nümayiş etdirdik. Bu, tam olaraq bizə lazım olan şey idi, nə çox, nə az. Rəqibi “sındırmaq” çətin oldu. Amma biz qollarımızı vurduq və onların rəqibi dalana sıxışdırdıq. Qapımız da tonuxulmaz saxlamağımız çox yaxşıdı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right