“Barselona”nın hücumçusu Serxio Aquero karyerasını başa vurmağa hazırlaşır.
Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu ürəyində yaranan problemə görə karyerasını bitirməyə qərar verib. O, növbəti həftə keçirəcəyi mətbuat konfransında bu barədə açıqlama verəcək.
İspaniya La Liqasında "Alaves"lə oyunun 42-ci dəqiqəsində meydanı tərk edən Aqueroya ürək ritminin pozulması diaqnozu qoyulmuşdu. 33 yaşlı futbolçunun 3 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanmışdı.