PSJ “Barselona”nın 17 yaşlı müdafiəçisini istəyir

PSJ qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək istəyir. 

Newsport.az “Diario Sport”a istinadən xəbər verir ki, Paris təmsilçisi “Barselona”nın futbolçusu Dieqo Almeydanı sıralarına qatmağı planlaşdırır. 17 yaşlı müdafiəçinin Kataloniya klubu ilə sözləşməsi 2023-cü ilin yayına qədər olsa da, PSJ onu bu transferə razı salmaqa istəyir. 

Qeyd edək ki, D.Almeyda “Barselona”nın 19 yaşlı futbolçulardan ibarət komandasında oynayır. Lakin klub onu ötən həftə əsas komandanın məşqlərinə cəlb edib.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right