1 milyon avroluq mükafatı xəstə uşaqlara ayırdılar

Serbiya millisinin futbolçuları DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanmaqları münasibəti ilə onlara ayrılan mükafatı xeyriyyə fonduna ianə ediblər.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, oyunçular 1 milyon avroluq mükafatı  xəstə uşaqlara yardım üçün istifadəsinə qərar veriblər.

Qeyd edək ki, Serbiyanın  prezidenti Aleksandar Vuçiç millinin futbolçularına 1 milyon avro mükafat vəd edib. 

Xatırladaq ki, Serbiya A qrupunu 1-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right