Koutinyo qalmaq istəyir

“Barselona”nın futbolçusu Felipe Koutinyo yaxın gələcəkdə klubdan ayrılmağı düşünmür. 

Newsport.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi komandada qalıb, daha çox oyun şansı alacağına inanır. 

Kataloniya klubu isə Koutinyonu satmağı və ya icarəyə göndərməyi düşünür. Lakin “Barselona” hələlik braziliyalı oyunçu üçün klub tapmayıb. 

Qeyd edək ki, Koutinyo 2018-ci ildən “Barselona”da oynayır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right