"Xavinin bundan xəbəri də yox idi"

"Barselona"nın futbolçusu Jerar Pike baş məşqçi Xavinin ona müsahibə verməsinə və tok-şoularda iştirakına qadağa qoyduğu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Newsport.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "Marca"ya açıqlamasında bu məlumatların əsassız olduğunu bildirib:

"Bəli, həqiqətən müsahibələrimi ləğv etdim. Amma buna özüm qərar verdim. Çünki Xavi yeni qaydalar tətbiq etdi. Bir yerə getsək, ona məlumat verməli və izah etməliyik. Ona görə də sonda heç nə izah etməmək qərarına gəldim və müsahibələrimi ləğv etdim. Xavinin heç bundan xəbəri də yox idi". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right