Millimizin sabiq üzvü İspaniya klubunda baxışa çağırıldı

“Loqo” klubu (İspaniya) Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilovu baxışa çağırıb. 

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi komanda ilə birgə məşqlərə qatılıb. “Loqo” İsrafilovla bağlı qərarını bir neçə günə verəcək. 

Qeyd edək ki, Eddinin son klubu “Albasate” olub. O, iyun ayında komandadan ayrılıb. İsrafilov 2015-2019-cu illərdə Azərbaycan millisində oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right