Donald Gerye 4-cü liqa klubunda

"Qarabağ" sabiq futbolçusu Donald Gerye karyerasını Polşada davam etdirəcək.

Newsport.az xəbər verir ki, o, 4-cü liqa təmsilçisi "Veçista"ya keçib. Klubun rəsmi saytı haitili yarımmüdafiəçi ilə bu mövsümün sonunadək müqavilə imzalandığını açıqlayıb. Sözləşmənin müddəti yayda daha 1 il uzadıla bilər.

Qeyd edək ki, Gerye Azərbaycanda “Qarabağ” və “Neftçi”də çıxış edib. O, 2017-ci ilin yayından 2019-cu ilin avqustuna və 2020-ci ilin iyulundan 2021-ci ilin fevralında qədər “Qarabağ”da, 2019-cu ilin avqustundan 2020-ci ilin yayına qədər “Neftçi”də oynayıb. Futbolçunun son klubu Kipr "Apollon"u olub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right