Xavi Salahı istəyir

“Barselona” qış transfer pəncərəsində "Liverpul"un futbolçusu Məhəmməd Salahı heyətinə qatmaq istəyir. 

Newsport.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Xavi Ernandes misirli oyunçu ilə xüsusən maraqlanır.  41 yaşlı mütəxəssis bu istəyini artıq rəhbərliyə çatdırıb. Kataloniya təmsilçisi də vaxt itirmədən “Liverpul” rəhbərliyi ilə danışıqlara başlayıb.

La Liqa təmsilçisi pandemiya dönəmində ciddi maliyyə problemi yaşasa da, Salahın transferi üçün tələb olunan büdcəyə sahibdir.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm 15 oyunda 15 qol vurub və 6 qolun ötürməsini verib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right