"Barselona" onu geri qaytarmağı düşünür

PSJ-nin yarımmüdafiəçisi Xavi Simons "Barselona"ya qayıda bilər.

Newsport.az "Cadena SER"ə istinadən xəbər verir ki, Kataloniya klubu 18 yaşlı futbolçunu transfer etməyi düşünür. Niderlandlı oyunçunun geri qaytarılması ideyası əvvəllər nəzərdən keçirilsə də, “Barselona" rəhbərliyi son günlər bu məsələni yenidən gündəmə gətirib.

Simonsun agenti Mino Rayola görüşlərdən birində Kataloniya klubunun prezidenti Joan Laporta ilə potensial transferi müzakirə edib. Laporta Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq oyunçunu pulsuz transfer ideyasını düşünür.

"Barselona"nın yetirməsi olan Simons 2019-cu ilin yayında PSJ-yə qoşulub. O, klubun 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right