15 yaşında millidə debüt etdi

Gənc futbolçu Enes Sali Rumıniya millisində DÇ-2022-nin seçmə mərhələsində Lixtenşteynlə matçda (2:0) debüt edib.
 
Newsport.az goal.com-a istinadən xəbər verir ki, o,  82-ci dəqiqədə meydana çıxıb. Beləliklə, Sali millidə ilk oyununu 15 yaş 264 gündə keçirib. Sali rəsmi oyunda Avropada milli komandalarda debüt  edən ən gənc futbolçu kimi rekorda imza atıb.
 
Bundan əvvəlki rekord 15 yaş 300 günündə Norveç millisində ilk rəsmi oyununu keçirən Martin Edeqara məxsus idi .
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right