"Səbail"in futbolçusu Nigeriyaya qarşı oynadı

“Səbail”in müdafiəçisi Camal Araqo futbol üzrə Liberiya millisində debüt edib.

Newsport.az-ın məlumatına görə, onun komandası DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsində Nigeriyanı qəbul edib.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Camal 90 dəqiqə mübarizə aparıb.

Liberiya yığması yer aldığı qrupda 5 turdan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right