Kape Verde millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qrupda növbəti oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Patrik Andrade də bu oyunun iştirakçısı olub.
C qrupunda mübarizə aparan Andradenin formasını geyindiyi milli Mərkəzi Afrika Respublikasına 2:1 hesabı ilə qalib gəlib.
“Qarabağ”ın üzvü 68-ci dəqiqədə meydana çıxıb və komandasının qələbəsində iştirak edib. 5 turdan sonra Patrikin komandası qrupda 2-ci yerdə qərarlaşıb.