İnyestadan "Barselona"ya qayıdacağı ilə bağlı iddialara münasibət

Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyesta keçmiş komandası "Barselona"ya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Newsport.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi diqqətini "Vissel Kobe"yə yönəltdiyini deyib:

 

"Gələcəkdə nə olacağını bilmirəm. Amma həyatımın bir nöqtəsində olan "Barselona"ya qayıtmaq istəyirəm. Həyat mənə hansı şəkildə dönəcəyimi göstərəcək. Baş məşqçi olmaq fikrim var, amma "Barselona"nı çalışdırıb-çalışdırmayacağımı bilmirəm. İndiki anı yaşamağı sevirəm və futbol oynamağa davam etmək istəyirəm".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right