"Barselona" yarımmüdafiəçisi Qavi ilə müqaviləni yeniləməyi planlaşdırır.
Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Xavi rəhbərliyin 17 yaşlı futbolçu ilə müqaviləni yeniləmək istədiyini təsdiqləyib.
"Barselona" Qavinin yeni müqaviləsi ilə bağlı danışıqların son mərhələsinə çatmağa hazırdır.
Söhbət mövsümdən mövsümə maaş artımı ilə uzunmüddətli müqavilədən gedir. Futbolçunun özü də "Barselona"da qalmaq istəyir.
Qeyd edək ki, Qavi bu mövsüm "Barselona"da bütün turnirlərdə 15 oyun keçirib və 1 qol ötürməsini edib.