Aquerodan karyerasını bitirəcəyi ilə bağlı yayılan xəbərə münasibət

"Barselona"nın hücumçusu Serxio Aquero sağlamlıq durumu ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu karyerasını bitirəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib:

"Bütün deyilənləri göz önünə alıram. Klub həkimlərinin təlimatlarını yerinə yetirirəm. Müayinə edilirəm və müalicə alıram. 90 gün sonra görüşərik. Pozitiv qalın".

İspaniya La Liqasında "Alaves"lə oyunun 42-ci dəqiqəsində meydanı tərk edən Aqueroya ürək ritminin pozulması diaqnozu qoyulmuşdu. 33 yaşlı futbolçunun 3 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right